Son 3 ayda toplanan sığorta haqqı artıb - 4 faziə yaxın çoxalma var

12:08 - 22.04.2022


22 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 258 milyon 425 min  manat məbləğində sığorta haqqı toplanılıb.

ABC.AZ-ın məlumatına görə, bu barədə Mərkəzi Bankdan bildirilib.

Qeyd edilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,8 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 61 milyon 228 min manat təşkil edib.

Bu isə illik müqayisədə 2,4 dəfə azdır. 3 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 23,7 manatı ödəniş edilib.

Ötən ilin eyni dövründə bu göstərici 58,4 manat olub.

Bütün xəbərlər