Mayın 1-dən Azərbaycanda maska tələbi ləğv edilir

14:10 - 22.04.2022


22 aprel, Fineko/abc.az. Azərbaycanda mayın 1-dən maska tələbi ləğv edilir.

Bu barədə ABC.AZ Nazirlər Kabineti müvafiq qərarına istinadən xəbər verir.

Qərarda 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbinin ləğv edilməsi qeyd edilir.

Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.

Bütün xəbərlər