Bundesbank-dan tənəzzül xəbərdarlığı

15:14 - 22.04.2022


22 aprel, Fineko/abc.az. Almaniya Mərkəzi Bankı Bundesbank Ukraynada davam edən müharibə və Rusiyadan kömür və neft idxalına qadağa qoyulması səbəbindən Almaniya iqtisadiyyatının tənəzzül riski ilə üzləşdiyini bildirib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Bank aylıq hesabatında Rusiyadan enerji idxalına qoyulan qadağanın qiymətlərin kəskin artmasına səbəb olacağını və onilliklərin ən dərin tənəzzülünün müşahidə ediləcəyini proqnozlaşdırıb.

Açıqlamada, "Ağır böhran ssenarisində cari ildə real ÜDM 2021-ci ilə nisbətən təxminən 2 % azalacaq" deyilir.

Bundesbankın fikrincə, ən böyük zərər enerji xərclərinin artmasına səbəb olacaq.

 

Bütün xəbərlər