İş adamı Rosbank-ı almağa tələsir

16:20 - 22.04.2022


22 aprel, Fineko/abc.az. Milyarder Vladimir Potaninin “Interros Capital” investisiya şirkəti Fransanın “Societe Generale S.A” maliyyə qrupundan Rosbank-ı almaq istəyir.

ABC.AZ  "Kommersant" qəzetinə istinadən xəbər verir ki, O, yeni sanksiyalardan qorxduğu üçün  sövdələşməni tez bir zamanda başa çatdırmağa tələsir.

Qəzet yazır ki, iş adamı xarici hesablardan və ya onun nəzarətində olan şirkətlərdən pul ödəyəcək, lakin Aİ tərəfindən sanksiyaların genişləndirilməsi halında vəsaitlər dondurula bilər.

Ehtimallara görə, Avropa İttifaqının sanksiyaları Potaninə və onun şirkətinə şamil edilmir, çünki o, avtomobil sənayesi üçün Avropaya nikel və palladium tədarük edən Norilsk Nikel MMC-nin prezidentidir.

 

Bütün xəbərlər