Azərbaycan Mərkəzi Bankı qısamüddətli notları tam yerləşdirib

17:25 - 10.05.2018


10 may, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notlar yerləşdirib.

Bakı Fond Birjası (BFB) məlumat verir ki, mayın 10-da AMB  hərracda 28 gün müddətinə 200 milyon manat həcmində 50101867S ISIN-li notlar təqdim edib.

13 investor tərəfindən 527 668,7 min manat məbləğində 18 müraciət daxil olub. İnvestorlar notlara görə 99,4032 manat (gəlirlik 8,01%) təklif edirdi.

AMB-nin qərarına əsasən, kəsmə qiyməti 99,4032 manat (gəlirlik 8,01%) səviyyəsində müəyyən olunub və orta ölçülmüş qiymət onu bərabər olmuşdur. Nəticədə 200 milyon manatlıq notlar yerləşdirilib.

Notların ödəmə tarixi: 6 iyun 2018-ci il.

 

Bütün xəbərlər