ÜST yeni virus barədə həyəcan təbili çalır - Detallar

10:03 - 25.04.2022


25 aprel, Fineko/abc.az. İngiltərədə ortaya çıxan, Avropa və ABŞ-da yayılan mənşəyi məlum olmayan hepatit virusuna yoluxan bir uşaq ölüb.

ABC.AZ xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST-nın açıqlamasına görə, indiyə qədər 11 ölkədə aşkarlanan ən azı hər 169 nəfər yoluxan şəxsdən biri dünyasını dəyişib.

Qeyd edilib ki, hepatit yoluxmaları yüksək olmasa da, pis nəticələr verib.

Virusun aşkarlandığı uşaqlarda son bir ayda sarılıq, ishal, qusma və qarın ağrısı kimi simptomların olduğu, bəzi hallarda isə ağır qaraciyər iltihabının olduğu qeyd olunub.

Bütün xəbərlər