Belçika Rusiyaya getməli olan avtomobilləri buraxmır

10:17 - 25.04.2022


25 aprel, Fineko/abc.az. Belçikanın Zeebrugge limanında Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə 8 minə yaxın lüks avtomobil, xüsusilə də son model "Mercedes", "Cadillac" və "Lexus" avtomobilləri buraxılmır.

ABC.AZ-ın məlumatına görə, avtomobillər Rusiyaya göndərilməli olsa da, sanksiyalar səbəbindən limanda qalıblar. Avtomobillərlə yanaşı sanksiyaya məruz qalan bir sıra digər mallar da limanda qalıb.

Qeyd edək ki, Zeebrugge limanından ildə iki milyondan çox avtomobil keçir. Bu, nəqliyyat vasitələrinin daşınması üçün Avropanın ən böyük limanlarından biridir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər