Azərbaycanın dövlət büdcəsinin 2018-ci il üçün gəlirləri və xərcləri açıqlanıb

11:27 - 20.10.2017


Azərbaycanın 2018-ci il dövlət büdcəsinin layihəsi dərc edilib.

Layihəyə əsasən, növbəti il dövlət büdcəsinin gəlirləri 20 127 000,0 min manat, xərcləri isə 20 905 700,0 min manat təşkil edəcək.

Həmçinin, mərkəzləşdirilmiş gəlirlər 19 476 329,0 min manat, yerli gəlirlər 650 671,0 min manat, mərkəzləşdirilmiş xərclər 20 181 608,0 min manat, yerli xərclər isə 724 092,0 min manat təşkil edəcək.

Bütün xəbərlər