Kömür böhranı yaranacaq - Ucuz kömürə tələbat artıb

16:05 - 25.04.2022


25 aprel, Fineko/abc.az. Pandemiyadan sonra qlobal iqtisadiyyatın bərpası fonunda təbii qaz qıtlığının yaratdığı qlobal enerji böhranının birinci mərhələsindən sonra dünya digər məsələlərlə yanaşı, kömür böhranı ilə üzləşir.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, 2021-ci ilin ortalarında pandemiyanın bitməsi ilə Avropa misli görünməmiş elektrik enerjisi və qaz qıtlığı çəkir, nəticədə qiymətlərdə kəskin artım olub. Bunun fonunda daha ucuz olan kömürə tələbat artıb.

“Bank of America”nın aprelin 1-inə olan məlumatına görə, elektrik stansiyalarda yandırılan kömür planetin ən ucuz yanacaq mənbələrindən biridir. Bunun nəticəsidir ki, 2021-ci ildə Avropa İttifaqında kömür istehlakı 12% (2017-ci ildən bəri ilk artım), ABŞ-da 17% artıb, eyni vəziyyət dünyanın digər regionlarında da müşahidə olunub. Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, 2021-ci ildə dünya kömürdən əvvəlkindən daha çox elektrik enerji istehsal edib. 2022-ci ildə elektrik və polad istehsalı, eləcə də digər sənaye məqsədləri üçün kömür istehlakı 2% artaraq rekord həddə – 8 milyard metrik tona çatacağı və 2024-cü ilə qədər bu səviyyədə qalacağı gözlənilir.

 

Bütün xəbərlər