Bu ölkə Rusiyaya qarşı sanksiyalardan 8 milyard dollar itirəcək

16:48 - 25.04.2022


25 aprel, Fineko/abc.az. Britaniya iqtisadiyyatı Rusiyaya qarşı sanksiyalara görə 6,2 milyard funt-sterlinq itki ilə üzləşəcək ki, bu da təxminən 7,96 milyard dollar təşkil edir.

ABC.AZ-ın xarici mətbuata istinadən xəbər verir ki, ən böyük zərəri Rusiyaya dəbdəbəli mallar ixrac edən şirkətlər görəcək.

Belə ki, bahalı malların Rusiyaya tədarükünə qarşı qoyulan sanksiya Bentley və Aston Martin avtomobilləri və Burberry çantalarının Rusiyaya ixracına mane olacaq.

Bu şirkətlər sanksiyalar səbəbindən 2030-cu ilə qədər 881,7 milyon funt sterlinq itirəcək. Kompüter sənayesi də zərər görəcək - təxminən 4,1 milyon funt sterlinq. Neft emalı məhsulları və texnologiyalarını ixrac edən şirkətlər məhdudiyyətlər səbəbindən 6,7 milyon funt sterlinq itirə bilər.

2021-ci il üçün hazırda embarqo altında olan Böyük Britaniyadan Rusiyaya malların ixracının ümumi dəyəri 775,9 milyon funt sterlinq təşkil edib, Britaniya hökuməti qeyd edir ki, bu, Böyük Britaniyadan Rusiyaya edilən bütün ixracın təxminən 27,9%-ni təşkil edir.

Bütün xəbərlər