“Azəri Light” markalı neftin qiyməti endi

11:02 - 11.05.2018


11 may, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti dünya bazarında 0,19 dollar (0,24%) azalıb.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 77,65 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

Londonun “ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftin bir barelinin qiyməti  0,47 dollar enərək 77,30 dollar təşkil etmişdir. Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında  “WTI” markalı neftin qiyməti 0,43 dollar enərək 71,28 dollar/barelə təşkil etmişdir.

 

Bütün xəbərlər