“Atəşgah Həyat” şirkəti sığortalanmış işçilərin ölümü və əmək qabiliyyətinin itirilməsi ilə bağlı 211 134 manat həcmində sığorta ödənişləri həyata keçirib

11:28 - 20.10.2017


Azərbaycanın “Atəşgah Həyat” Sığorta Şirkəti istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə  iri sığorta ödənişləri həyata keçirib.

Şirkətdən verilən məlumata əsasən, neft-qaz sənayesi sahəsində fəaliyyət göstərən müəssisənin işçisinin əmək qabiliyyətinin müddətsiz itirilməsi nəticəsində, 82 140 AZN məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

75 647 manat həcmində daha bir ödəniş, istehsalatda (neft platformasında) həlak olmuş işçinin ailəsinə təqdim edilib. 35 145 manat həcmində digər sığorta ödənişi, ticarət müəssisəsinin işçisinin  yol-nəqliyyat hadisəsi nəticəsində vəfatına görə həyata keçirilmişdir,  18 202 manat həcmində daha bir sığorta ödənişi isə, sənaye şirkətlərinin birində  elektrik cərəyanından vəfat etmiş işçinin ailəsinə təqdim edilib. 

Bütün xəbərlər