Ötən 3 ayda ən az sığorta haqqı toplamış şirkətlər - Siyahı

10:24 - 26.04.2022


26 aprel, Fineko/abc.az.  Bu ilin yanvar-mart aylarında Azərbaycanda toplanılmış 258 milyon 425 min manat sığorta haqqının 210 milyon 731 milyon manatı və yaxud 81,55%-i 5 sığorta şirkətinin payına düşüb.

ABC.AZ Renkinq-ə istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (86 milyon 302 min manat), "PAŞA Sığorta" (85 milyon 361 min manat), “Qala Sığorta” (17 milyon 712 min manat), “Atəşgah Həyat Sığorta” (12 milyon 491 min manat) və “Xalq Sığorta” (8 milyon 865 min manat) ASC-lərdir.

3 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (340 min manat), "Naxçıvan Sığorta" (550 min manat), “Bakı Sığorta” (1,156 milyon manat), “Atasığorta” (1,445 milyon manat) və “Günay Sığorta” (1,448 milyon manat) ASC-lərdir.

Adları çəkilən şirkətlər ümumilikdə 4,939 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 1,9%-i deməkdir.

Bütün xəbərlər