“Twitter”in satışından sonra şirkətin səhmləri artıb

11:09 - 26.04.2022


26 aprel, Fineko/abc.az. Bildiyiniz kimi İlon Mask “Twitter”i 44 milyard dollara alıb.

ABC.AZ-ın məlumatına görə, şirkət səhmləri Maskın alışından sonra təxminən 6% artıb və böyüməyə davam edir.

“Twitter“in satışından sonra şirkətin baş direktoru Paraq Aqraval bildirib ki, alışın bundan sonra sosial şəbəkənin işinə və inkişaf strategiyalarına necə təsir edəcəyini bilmirik.

Şirkət əməkdaşları ilə daxili görüşdə Aqraval gələcək və yeni inkişaf strategiyaları barədə Maskla məsləhətləşməyə hazırlaşdığını bildirib.

Qeyd edək ki, bundan əvvəl amerikalı milyarder İlon Mask ən pis tənqidçilərinin “Twitter“də qalmasını istədiyini bildirmişdi.

Müəllif: Elmir Murad

Bütün xəbərlər