Azərbaycan banklarının valyuta hərracında tələbi 26% azalıb

12:31 - 26.04.2022


26 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, aprelin 26-da keçirilən valyuta hərracında $61 mln satılıb ki, bu da ötən hərracda olduğundan $21,5 mln (26,06%) azdır.

"Valyuta hərracında banklar tərəfindən tələb $61 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

 

Bütün xəbərlər