Hərbi sahəyə ən çox vəsait xərcləyən 5 ölkə - Siyahı

14:33 - 26.04.2022


26 aprel, Fineko/abc.az. Dünyada hərbi xərclər 2021-ci ildə 2 trilyon dolları ötərək rekord həddə çatıb.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında öz əksini tapıb.

Məlumata görə, ABŞ, Çin, Hindistan, Böyük Britaniya və Rusiya hərbi sahəyə ən çox vəsait xərcləyən beş ölkə olub.

Bildirilir ki, sözügedən ölkələrin müdafiə xərcləri ümumilikdə dünya üzrə hərbi xərclərin 62 faizini təşkil edib.

 

Bütün xəbərlər