Mehmanxanalarda gecələmələrin sayı 45 faizdən çox artıb - Hesabat

14:46 - 26.04.2022


26 aprel, Fineko/abc.az. 2022-ci ilin yanvar-mart aylarında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 45,3 faiz artaraq 435,3 min olub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, gecələmələrin 48,5 faizi Bakıda, 10,8 faizi Qusarda, 8,0 faizi Qubada, 7,6 faizi Qəbələdə, 6,1 faizi Şabranda, 3,4 faizi Naftalanda, 3,1 faizi Lənkəranda, 2,3 faizi Naxçıvan Muxtar Respublikasında, 1,2 faizi Şamaxıda, 1,1 faizi Mingəçevirdə və 7,9 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz artaraq 263,3 min olub ki, bu da ümumi gecələmələrin 60,5 faizini təşkil edir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər