Azərbaycan mehmanxanalarında ən çox gecələyən xarici ölkə vətəndaşları - Siyahı

14:57 - 26.04.2022


26 aprel, Fineko/abc.az. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə artaraq 172,0 min olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da ümumi gecələmələrin 39,5 faizini təşkil edir.

Gecələmələrin 14,2 faizi Rusiya Federasiyası, 12,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 10,3 faizi Türkiyə, 8,7 faizi Səudiyyə Ərəbistanı, 5,4 faizi Küveyt, 4,0 faizi Böyük Britaniya, 3,1 faizi ABŞ, 2,6 faizi İsrail, 2,1 faiz Pakistan, 2,0 faizi Qazaxıstan, 1,7 faizi Almaniya, 1,6 faizi Qətər, 1,5 faizi İtaliya, 1,3 faizi İran, 1,3 faizi Gürcüstan, 1,3 faizi Hindistan, 1,2 faizi Ukrayna, 0,8 faizi Niderland, 0,7 faizi Fransa, 23,4 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 70,8 faizi Bakıda, 12,4 faizi Qusarda, 5,8 faizi Qəbələdə, 3,5 faizi Naftalanda, 2,9 faizi Qubada, 1,5 faizi Şabranda,1,0 faizi Naxçıvan Muxtar Respublikasında, 2,1 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Bütün xəbərlər