Azərbaycanda Peyk nəzarət sistemi tətbiq ediləcək

11:29 - 11.05.2018


11 may, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaqların səmərəli istifadəsində Peyk nəzarət sistemi qurulur.

Komitənin məlumatında deyilir ki, bununla bağlı Komitə Avropa ölkələrinin təcrübəsini araşdırıb, kifayət qədər təcrübəyə malik Sloveniyadan olan mütəxəssislər işə cəlb edib.

“Peyk nəzarət sistemi tətbiq edilməsində məqsəd, torpaq idarəçiliyində effektiv dövlət nəzarətinin həyata keçirilməsi, qeyri-qanuni tiklilərin ünvanına getmədən onların məsafədən müəyyənləşdirilməsi, torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş vermiş dəyişikliklərin müəyyən edilməsi, torpaq ehtiyatlarının mühafizə edilməsidir”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər