Pandemiya ilə bağlı çox az sayda məhdudiyyətlər qalıb - İlham Əliyev

15:49 - 26.04.2022


26 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edib.

ABC.AZ xəbər verir ki, görüşdə Prezident İlham Əliyev ölkədə pandemiya ilə bağlı məhdudiyyətlərin tədricən aradan qaldırıldığını bildirib.

Daha sonra Prezident İlham Əliyev bildirib ki, çox az sayda məhdudiyyətlər qalıb, bunu da Azərbaycan ictimaiyyəti anlayışla qarşılayır.

Azərbaycanın COVID ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətini daim dəstəklədiyini bildirən dövlət başçısı vurğulayıb ki, həm Qoşulmama Hərəkatında, həm də BMT Baş Assambleyasında çıxışları zamanı Ümumdünya Səhiyyə Təşkilatının COVID-19-a qarşı mübarizədə rolunu xüsusilə qeyd edib. İlham Əliyev deyib ki, Azərbaycanda pandemiya nəticəsində yaranan sosial-iqtisadi məsələlərin aradan qaldırılması istiqamətində də dövlətimiz tərəfindən zəruri tədbirlər görülüb və hazırda bu sahədə də vəziyyət sabitdir.

 

Bütün xəbərlər