Bundan sonra Rusiya bu ölkəyə qaz nəql etməyəcək

10:12 - 27.04.2022


27 aprel, Fineko/abc.az. “Qazprom” rəhbərliyi Bolqarıstana qaz nəqlini dayandıracağını açıqlayıb.

ABC.AZ xəbər verir ki, bu barədə Bolqarıstanın energetika nazirliyinin saytında bildirilir.

“Bu gün, aprelin 26-da “Bulgargaz”a “Qazprom Eksport” MMC-dən təbii qazın nəqlinin 27 aprel 2022-ci il tarixindən dayandırılacağı barədə bildiriş daxil olub”, - deyə bildirilib.

Qeyd edək ki, mart ayında Bolqarıstan hakimiyyəti yanacağın pulunu rublla ödəmək niyyətində olmadıqlarını açıqlamışdı.

 

Bütün xəbərlər