Polşa Rusiyanın 50 şirkətinə sanksiya tətbiq edəcək

10:25 - 27.04.2022


27 aprel, Fineko/abc.az. Polşa 50 Rusiya şirkəti və iş adamına sanksiya tətbiq edəcək.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu Polşanın daxili işlər naziri Mariuş Kaminski keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, 50 Rusiya şirkəti və iş adamı ilə bağlı sanksiyalar tətbiq ediləcək:

"Bu sanksiya siyahısı 50 maddədən ibarətdir və gələcəkdə siyahı genişlənəcək".

Nazirliyin açıqladığı siyahıda Rusiya şirkətləri arasında enerji nəhəngi “Qazprom”, kimyəvi gübrə istehsalçısı “Akron”, kömür ticarəti şirkətləri “SUEK Polska” və “KTK Polska” kimi tanınmış adlar var. Siyahıda “Alfa Bank”ın həmtəsisçisi, milyarder Mixail Fridman, alüminium maqnatı Oleq Deripaska və Rusiyanın kibertəhlükəsizlik şirkəti “Kaspersky”nin qurucusu Yevgeni Kasperski də yer alıb.

Qeyd edək ki, Polşa daha əvvəl may ayına qədər Rusiya kömürünün idxalını və 2022-ci ilin sonuna qədər Rusiya neftindən istifadəni dayandıracağını açıqlamışdı.

 

Bütün xəbərlər