"Visa" Rusiyanı tərk etdi, 60 milyon dollar itirdi

11:40 - 27.04.2022


27 aprel, Fineko/abc.az. “Visa” beynəlxalq ödəniş sistemi gəlirlərini açıqlayıb. Məlum olub ki, şirkət Rusiya bazarında işlərin dayandırdıqdan sonra 60 milyon dollar itirib.

ABC.AZ-ın məlumatına görə, şirkətin xalis gəliri 2021-2022-ci maliyyə ilinin birinci yarısında 24% artaraq 7,6 milyard dollara çatıb.

Hesabat rübündə xalis mənfəət 3,6 milyard dollar (+21%) təşkil edib.

"Visa"dan o da bildirib ki, artıq ölkədaxili və transsərhəd köçürmələrdən gəlirləri yoxdur. Rusiya biznesi şirkətin ümumi xalis gəlirinin cəmi 4%-ni təşkil edib.

Bununla belə, şirkətin itkiləri bununla yekunlaşmır. Belə ki, kapital qoyuluşu "Visa"ya 127 milyon dollar itkiyə başa gəlib və əldə edilmiş aktivlərin köhnəlməsi səbəbindən şirkət 40 milyon dollar itirib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər