Fransanın nəhəng şirkəti Rusiyadakı aktivlərini satmağı planlaşdırır

12:33 - 27.04.2022


27 aprel, Fineko/abc.az. Fransa korporasiyası "Schneider Electric" Rusiyadakı aktivlərini yerli investora satmaq niyyətindədir.

ABC.AZ xəbər verir ki, Şirkət bu barədə çərşənbə günü açıqladığı 2022-ci ilin 1-ci rübünün maliyyə nəticələri haqqında hesabatında məlumat verib.

"İmkanları hərtərəfli nəzərdən keçirdikdən sonra "Schneider Electric" bu gün "Schneider Electric Rusiya"nı yerli idarəetmə komandasına satmaq barədə niyyət məktubunun imzalandığını elan edir. Bu müqavilə yerli hakimiyyət orqanları tərəfindən təsdiqlənəcək", - məlumatda deyilir.

Bu yolla şirkət 300 milyon avroya qədər xalis balans dəyərinin silinəcəyini gözləyir.

Bütün xəbərlər