Aİ şengen vizasını bundan sonra belə verəcək - Qaydalar

15:57 - 27.04.2022


27 aprel, Fineko/abc.az. Avropa Komissiyası (AK) 2025-ci ilə qədər Şengen vizası üçün müraciət prosesini tamamilə rəqəmsallaşdırmaq niyyətindədir.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

“Bu gün Avropa Komissiyası Şengen vizası alınması prosesinin rəqəmsallaşdırılmasını, viza stikerinin dəyişdirilməsini və Avropa onlayn viza platforması vasitəsilə viza üçün onlayn müraciət imkanını təqdim etməyi təklif edir. Miqrasiya və sığınacaqla bağlı yeni paktda 2025-ci ilə qədər viza prosedurlarının tam rəqəmsallaşdırılması qarşıya məqsəd qoyulub”, - AK-nin bəyanatında deyilir.

Bütün xəbərlər