Çinin bu şirkətinin xalis mənfəəti kəskin artıb

16:12 - 27.04.2022


27 aprel, Fineko/abc.az. Çinin "Sinopec" neft-kimya korporasiyasının 2022-ci ilin birinci rübündə xalis mənfəəti 22,6 milyard yuan (3,4 milyard dollar) təşkil edib.

ABC.AZ-ın məlumatına görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,5% çoxdur.

Yanvar-mart aylarında şirkətin gəliri 771,38 milyard yuan (117,7 milyard dollar) təşkil edib. İllik ifadədə müvafiq göstərici 33,8% artıb.

Sinopec-in cəmi aktivləri birinci rübün sonunda 6,6% artaraq 2 trilyon yuana (305,3 milyard dollar) çatıb. Bu ilin ilk üç ayında şirkətin neft və qaz hasilatı neft ekvivalentində 121 milyon barel təşkil edib (3,7% artıb).

Müsbət korporativ hesabatlar fonunda "Sinopec" səhmləri Şanxay Fond Birjasında ticarətin sonunda 1,69% bahalaşaraq hər səhm üçün 4,22 yuana çatıb.

 

 

Bütün xəbərlər