Neft ucuzlaşır, Brent $103,87 / barel təşkil edir

09:26 - 28.04.2022


28 aprel, Fineko/abc.az. Etalon markaların qiymətləri cümə axşamı ticarətində azalır.

Saat 09:10-da London ICE Futures birjasında keçirilən ticarətdə  Brent neft iyun fyuçersləri $1,45 (1,38%) - barrel başına $103,87-ə düşüb. Aprelin 27-də keçirilən ticarətin nəticələrinə görə, Brent-in iyun ayının fyuçers qiyməti $0,33 (0,32%) - barrel başına $105,32 səviyyəsinə qalxıb.

Saat 09:10-da Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin  iyun ayında fyuçersləri $1,37 (1,34%) - barrel başına $100,65-ə düşüb. Aprelin 27-də keçirilən ticarətin nəticələrinə görə, WTI-nin iyun fyuçerslərinin qiyməti $0,32 (0,32%) - barrel başına $102,02-ə qədər artıb.

ABŞ Enerji Nazirliyinin məlumatına görə, ötən həftə ölkədə kommersiya neft ehtiyatları 691 min barrel artıb. Bununla yanaşı, ABŞ - da benzinin ehtiyatları 1,57 milyon barel, distillatlar 1,45 milyon barel azalıb.


Bütün xəbərlər