İsveçrə Rusiya və Belarusa qarşı yeni sanksiyalar tətbiq edib - Detallar

12:13 - 28.04.2022


28 aprel, Fineko/abc.az. İsveçrə Rusiya və Belarusa qarşı bir sıra malların idxalına qadağa və maliyyə sektorunda məhdudiyyətlərə aid olan beşinci sanksiyalar paketini qəbul edib.

ABC.AZ xəbər verir ki, bu barədə İsveçrə Federal Şurasının bəyanatında deyilir.

Sənəddə deyilir ki, sanksiyalar Avropa İttifaqının aprelin 8-də Rusiya və Belarusa qarşı tətbiq etdiyi məhdudiyyətlər paketini təkrarlayır.

Buna əsasən, aprelin 13-də İsveçrənin İqtisadiyyat, Təhsil və Tədqiqatlar üzrə Federal Departamenti (EAIR) sanksiya tətbiq edilən şəxslərin, şirkətlərin və təşkilatların siyahısını yeniləyib, nəticədə 200-dən çox fiziki və hüquqi şəxsə sanksiya tətbiq edilib.

Aprelin 27-də tətbiq edilən sanksiyalar qadağa və məhdudiyyətlərin siyahısını genişləndirir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər