Bu şirkət Rusiyada fəaliyyətini dayandıracaq

14:40 - 28.04.2022


28 aprel, Fineko/abc.az. Fransız-Amerikan kosmetika şirkəti "Coty" Rusiyada fəaliyyətini dayandırmağı planlaşdırır.

ABC.AZ-ın məlumatına görə, şirkət bildirib ki, 2021-ci ildə Rusiya satışlarının 3%-dən bir qədər çoxunu təşkil edib, ona görə də istehsalçı 2022-ci il üçün mənfəət və gəlir rəqəmlərində kəskin azalma gözləmir.

Coty-nin son maliyyə ilində ümumi satışları 4,63 milyard dollar olub.

Qeyd edək ki, "Coty" 80 brendlə işləyən dünyanın ən böyük kosmetika və ətir istehsalçılarından biridir şirkət Bottega Veneta, Burberry, Calvin Klein, Davidoff, Gucci, Hugo Boss, Kylie Skin, Marc Jacobs, Miu Miu və Tiffany & Co. Coty həmçinin Max Factor, Rimmel və CoverGirl ticarət nişanlarına malikdir.

Bütün xəbərlər