“OPEC+” neft hasilatını bu qədər artıracaq

16:42 - 28.04.2022


28 aprel, Fineko/abc.az. “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri planlaşdırıldığı kimi iyunda neft hasilatını gündəlik daha 432 min barel artıracaq.

ABC.AZ-ın məlumatına görə, bu barədə Reuters alyansdakı mənbələrə istinadən xəbər verib.

Məlumatda qeyd olunub:

"Ehtimal olunur ki, “OPEC+” sazişin mövcud şərtlərinə əməl edəcək və mayın 5-də keçiriləcək iclasda iyunda neft hasilatını gündəlik 432 min barel artırmağa razılaşacaq”.

Xatırladaq ki, "OPEC+" ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilən razılaşmaya görə, avqustdan başlayaraq "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılması, 5,8 mln. barel həcmində ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması nəzərdə tutulub.

 

Bütün xəbərlər