Rusiyaya qarşı altıncı sanksiya paketi gəlir

17:10 - 28.04.2022


28 aprel, Fineko/abc.az. Rusiyaya qarşı altıncı sanksiyalar paketinin hazırlanması artıq Avropa İttifaqı tərəfindən tamamlanır.

ABC.AZ-ın məlumatına görə, bu sanksiyalar Rusiya neftinə mərhələli embarqonun tətbiqini əhatə etməlidir. Yeni sanksiya paketində "Sberbank"-a qarşı sanksiyalar da var.

Ən böyük Rusiya bankına qarşı sanksiyalar Polşa və Baltikyanı ölkələr tərəfindən lobbiləşdirilib.

Belə ki, onlar həm də sanksiyalar siyahısına mümkün qədər çox Rusiya bankını daxil etməyə çalışırdılar.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen artıq "Sberbank"a qarşı sanksiyaların altıncı məhdudiyyətlər paketinin bir hissəsi kimi nəzərdən keçirildiyini təsdiqləyib.

Bütün xəbərlər