Neft bahalaşır, Brent barrel başına $108,53 təşkil edir

09:25 - 29.04.2022


29 aprel, Fineko/abc.az. Etalon markaların qiymətləri əvvəlki sessiyanın yekunları üzrə xeyli yüksəlişdən sonra cümə günü keçirilən hərracda artır.

Saat 09:04-də London ICE Futures birjasında keçirilən ticarətdə Brent neftinin iyun fyuçersləri $0,94 (0.87%) - barrel başına $108,53-ə yüksəldi. Aprelin 28-də keçirilən ticarətin nəticələrinə görə, Brent neftinin iyun fyuçersi  $2,27 (2,16%) - barrelə görə $107,59-a qalxıb.

Saat 09:05-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin iyun fyuçersləri $0,66 (0,63%) - barrel başına $106,02-ə qədər artıb. Aprelin 28-də keçirilən ticarətin nəticələrinə görə, WTI-nin iyun fyuçerslərinin qiyməti $3,34 (3,27%) artaraq barel başına $105,36-a çatıb.

Həftənin əvvəlindən Brent neftinin qiyməti 0,88%, WTI – 3,22% artıb.


Bütün xəbərlər