Sumqayıtdakı yanğınla bağlı sığorta ödənişləri olunacaq

10:22 - 29.04.2022


29 aprel, Fineko/abc.az. "Azərsun Holdinq" MMC-nin Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki "Azərsun Sənaye Parkı”da baş vermiş yanğına görə sığorta ödənişi veriləcək.

ABC.AZ-ın Report-a istinadən məlumarına görə, holdinqə məxsus, Parkın sığorta olunduğu "Azərbaycan Sənaye Sığorta" ASC-nin İdarə Heyətinin sədr müavini Samir Məmmədov bildirib.

Bununla belə, o, sığorta ödənişinin məbləği barədə konkret açıqlama verməyib və bu rəqəmin dəymiş ziyan hesablandıqdan sonra məlum olacağını deyib.

Xatırladaq ki, hadisə ötən gün axşam saatlarında baş verib. Alov təxminən 5 000 kv.m sahəni əhatə edib.

 

Bütün xəbərlər