SOCAR-a məxsus əmlak satışa çıxarılır - Böyük məbləğ

12:26 - 29.04.2022


29 aprel, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mayın 10-da dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərrac keçirəcək.

ABC.AZ nazirliyə istinadən xəbər verir ki, hərraca 15 kiçik dövlət müəssisə və obyekti, 1 yarımçıq tikili çıxarılacaq.

Kiçik dövlət müəssisəsi və obyektləri paytaxtla yanaşı Gəncə, Lənkəran, Şəmkir, Balakən və digər rayonlarda yerləşir.

Həmin obyektlər xidmət, sənaye sahələrinə aiddir. Əmlakların ümumi faydalı sahəsi 16 kvadratmetrlə 9 298 kvadratmetr arasında dəyişir.

Hərraca çıxarılan əmlaklardan ilkin satış qiyməti ən yüksək olanı Balakən şəhərində yerləşən, Dövlət Neft Şirkətinə (SOCAR) məxsus “Qubek Otel”dir. Adı çəkilən obyekt 9,1 milyon manata təklif olunur.

 

Bütün xəbərlər