Biz 44 günlük müharibənin bu tərəfini gizlətməməliyik-Prezidentdən açıqlama

14:11 - 29.04.2022


29 aprel, Fineko/abc.az. Bildiyiniz kimi Prezident İlham Əliyevin iştirakı ilə Bakıda “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.

ABC.AZ-ın məlumatına görə, konfransda ölkə başçısı Vətən müharibəsindən danışıb.

İ.Əliyev deyib: "Biz öz ərazimizdə döyüşürdük. Amma eyni zamanda, 44 günlük müharibə ərzində müntəzəm olaraq gündə bir neçə dəfə Rusiyadan Ermənistana silah daşıyan karqo təyyarələri olub. Biz Rostovdan, Mozdokdan bütün istiqamətləri izləyirdik. Biz gürcüstanlı dostlarımızdan hava məkanını bağlamalarını xahiş etdik və onlar bunu etdilər. Biz həmçinin gürcüstanlı dostlarımızdan Gürcüstan ərazisi ilə Rusiyadan Ermənistana silahların nəql edilməsində istifadə ediləcək quru yolunu bağlamağı xahiş etdik və bunu da həmçinin etdilər və biz buna görə minnətdarıq. Biz bütün Xəzəryanı dövlətlərə Qazaxıstana, Türkmənistana və İrana Ermənistana silah daşıyan Rusiya karqo təyyarələrinə icazə verməmələrinə dair məktub göndərdik.  Təəssüf ki, bu təyyarələr Ermənistana daxil olarkən bu ölkələrin ərazilərindən istifadə edirdilər. Biz 44 günlük müharibənin bu tərəfini gizlətməməliyik".

 

Bütün xəbərlər