Üç ayda Azexport.az portalına bu qədər sifariş daxil olub

15:23 - 29.04.2022


29 aprel, Fineko/abc.az. 2022-ci ilin yanvar-mart aylarında Azexport.az portalına 132,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

ABC.AZ-ın məlumatına görə, 2022-ci ilin mart ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 48,7 milyon ABŞ dolları təşkil edib.

2022-ci ilin mart ayında Azexport.az portalına edilən ixrac sifarişlərinin tərkibində toyuq tibbi tənzif, zəli, tikinti materialları, tütün, buğda unu, qarğıdalı yağı, günəbaxan yağı, kartof, çiyələk və s. məhsullar üstünlük təşkil edib.

Qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 31 mart tarixinə kimi (63 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,94 milyard ABŞ dolları təşkil edib.

Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, 2022-ci ilin aprel ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 29,2 milyon ABŞ dolları olub.

 

Bütün xəbərlər