Mayın 12-nə təqdim edilən hava proqnozu

15:47 - 11.05.2018


11 may, Fineko/abc.az. Sinoptiklərin məlumatına əsasən, sabah hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, gecə və səhər bəzi yerlərdə yağış yağacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə müsbət 15-17, gündüz müsbət 19-23 dərəcə təşkil edəcək,  Bakıda temperatur gecə müsbət 15-17, gündüz müsbət 21-23 dərəcəyə yüksələcək.

Atmosfer təzyiqi normadan aşağı - 756 civə sütunu, nisbi rütubət 65-75% təşkil edəcək.

Abşeron çimərliklərinə gəlincə, sabah şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) gün ərzində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 13-14 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 17-18 dərəcə isti təşkil edəcək.

Bölgələrə gəlincə isə, sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Gecə 11-16, gündüz 22-27, dağlarda gecə 3-6, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.

 

Bütün xəbərlər