“Mcdonald’s” Rusiyada restoranlarını bağladı - 127 milyon dollar itirdi

17:00 - 29.04.2022


29 aprel, Fineko/abc.az. Ötən ay “Mcdonald’s” şirkəti Rusiyanın Ukraynada apardığı müharibə səbəbindən restoranlarını bu ölkədə müvəqqəti bağlayacağı ilə bağlı açıqlama yaymışdı.

ABC.AZ-ın xarici mətbuata istinadən məlumatına görə, şirkətin restoranlarını Ukraynada bağlaması ona 127 milyon dollara başa gəlib.

Belə ki, ümumi itkilərin 27 milyon dolları kirayə haqqı, xidmətlər və işçilərin əmək haqları, qalan 100 milyon dolları isə “fast food” restoranlarının bağlanması səbəbindən xarab ola biləcək məhsulların silinməsidir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər