Qarabağ uğrunda ölənlərin böyük əksəriyyəti heç Qarabağı görməmişdi

29.04.2022,17:25


29 aprel, Fineko/abc.az. Biz real dünyada yaşamalı və bunu başa düşməli idik ki, beynəlxalq icmanın dəstəyi olmayacaq.

ABC.AZ xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Vətən müharibəsindən və beynəlxalq təşkilatlardan danışarkn bildirib.

"Təbii ki, güclü orduya, güclü iqtisadiyyata və yeni nəslə ehtiyac var idi, yəni, konkret olaraq ölümə hazır olan insanlara. Qarabağ uğrunda ölənlərin böyük əksəriyyəti heç zaman Qarabağı görməmişdi. Onlar gənc nəslin nümayəndələri, vətənpərvər, Vətəni sevən, yüksək motivasiyalı insanlar idi. Təbii ki, ən vacib məsələ güclü ordunun olması idi və biz buna nail olduq. Bu, Prezident olaraq mənim üçün illər boyu əsas prioritet olub”, - deyə Prezident İlham Əliyev vurğulayıb.