Bu ölkələrdən Azərbaycana quş əti gətirilməsi qadağan edildi

10:01 - 4.05.2022


4 may, Fineko/abc.az. ABŞ və Monqolustandan quşçuluq məhsulların idxalı məhdudlaşdırılıb.

Qida Təhlükəsizliyi Agentliyindən ABC.AZ-a daxil olan xəbərə görə, Monqolustanın Xentiy, Dornod və Süxbaatar vilayətlərində xırdabuynuzlu heyvanların çiçək, Amerika Birləşmiş Ştatlarının Aydaho, Miçiqan və Pensilvaniya ştatlarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Həmçinin Amerika Birləşmiş Ştatlarının Aydaho, Miçiqan və Pensilvaniya ştatlarından diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkənin həmin inzibati ərazi vahidlərindən diri quşların ölkə ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

 

Bütün xəbərlər