Bu Agentliyin xalis mənffəti 2 dəfə azalıb

10:18 - 5.05.2022


5 may, Fineko/abc.az. "Enerji Məsələlərini Tənzimləmə Agentliyi" 2021-ci ili 1 milyon 95 min manat xalis mənfəət ilə başa vurub.

ABC.AZ-ın məlumatına görə, bu rəqəmlər Agentliyin maliyyə göstəricilərində qeyd edilib.

Halbuki, Agentlik 2020-ci ili 2 milyon 225 min manat xalis mənfəət ilə bağlamışdı. 2020-ci ildə "Enerji Məsələlərini Tənzimləmə Agentliyi" cəmi gəlirləri 12 milyon 522 min manat ikən, 2021-ci ildə 11 milyon 738 min manata geriləyib.

Gəlirlərin azalması, eyni zamanda inzibati və digər xərclərinin artması ilə əlaqədar olaraq "Enerji Məsələlərini Tənzimləmə Agentliyi"nin xalis mənfəəti 2 dəfədən çox azalıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər