“Loğman” ASC səhmdarları toplanır - Hesabatlar dinlənəcək

11:05 - 5.05.2022


5 may, Fineko/abc.az. 30 iyun 2022-ci il saat 11.00-da “Loğman” ASC-nin inzibati binasında Bakı şəhəri, Davud Aslan küçəsi 2 nömrəli ünvanda səhmdarların növbəti illik ümumi yığıncağı keçiriləcək.

ABC.AZ xəbər verir ki, gündəlikdəki məsələlər:

1. 2020 və 2021-ci illərin yekunlarına dair idarə heyətinin hesabatı.

2. Təşkilati məsələlər: -idarə heyəti sədrinin və üzvlərinin seçilməsi. -müşahidə şurası sədrinin və üzvlərinin seçilməsi. -daxili audit (təftiş) komitəsinin sədrinin, üzvlərinin və müfəttişin seçilməsi.

3. Digər məsələlər.

Bütün xəbərlər