Azərbaycan banklarının valyuta hərracında tələbi 30% azalıb

12:40 - 5.05.2022


5 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, mayın 5-də baş tutan valyuta hərracında $30,8 mln satılıb ki, bu da ötən hərracda olduğundan $13,2 mln (30%) azdır.

"Valyuta hərracında banklar tərəfindən tələb $30,8 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

 

Bütün xəbərlər