İlin birinci rübündə Azəri-Çıraq-Günəşli üzrə bu qədər əməliyyat məsrəfləri olub

14:29 - 5.05.2022


5 may, Fineko/abc.az. 2022-ci ilin birinci rübü ərzində Azəri-Çıraq-Günəşli (AÇG) üzrə fəaliyyətlərə təqribən 133 milyon dollar əməliyyat məsrəfləri və 396 milyon dollar əsaslı məsrəflər xərclənib.

ABC.AZ-ın məlumatına görə, bu barədə bp-nin rüblük hesabatına istinadən xəbər verir ki, 2022-ci ilin ilk üç ayında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.

Rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (25 000), Mərkəzi Azəri (106 000), Qərbi Azəri (112 000), Şərqi Azəri (70 000), Dərinsulu Günəşli (79 000) və Qərbi Çıraq (42 000) platformalarından birlikdə – gündə orta hesabla 434 000 barel və ya ümumilikdə təxminən 39 milyon barel, yəni 5 milyon ton olub.

Rübün sonunda AÇG-də ümumilikdə 137 neft hasilat quyusu, 37 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.

Müəllif: Elmir Murad

Bütün xəbərlər