Səngəçal terminalı ilə rüb ərzində 57 milyon barel neft və kondensat ixrac edilib

14:53 - 5.05.2022


5 may, Fineko/abc.az. Birinci rübdə Azəri-Çıraq-Günəşlidən (AÇG) və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

ABC.AZ bp-nin hesabatına istinadən xəbər verir ki, rüb ərzində terminal təxminən 57 milyon barel neft və kondensat, o cümlədən 51 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təxminən 6 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edilib.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.

Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 71 milyon standart kubmetr (təxminən 2 milyard 500 milyon standart kubfut) Şahdəniz qazı göndərilib.

 

Bütün xəbərlər