Şahdəniz qurğularının gündəlik hasilat gücü açıqlanıb

15:12 - 5.05.2022


5 may, Fineko/abc.az. Bu ilin birinci rübündə Şahdəniz üzrə fəaliyyətlərə təxminən 759 milyon dollar əməliyyat xərcləri və təxminən 88 milyon dollar əsaslı xərclər çəkilib.

ABC.AZ-ın məlumatına görə, bu barədə bp-nilin rüblük hesabatında qeyd edilib.

Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

Hesabata əsasən, ilin ilk üç ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 6 milyard standart kubmetr qaz və 1 milyon ton (9 milyon bareldən artıq) kondensat hasil edilib.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 72 milyon (ildə 26 milyarddan artıq) standart kubmetrdir.

Bütün xəbərlər