Cənubi Qafqaz Boru Kəmərinin əməliyyat xərcləri bəlli olub - Hesabat

15:26 - 5.05.2022


5 may, Fineko/abc.az. İlin birinci rübündə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 14 milyon dollar təşkil edib.

ABC.AZ bp-nin rüblük hesabatına istinadən xəbər verir ki, əsaslı xərclər isə təqribən 0,3 milyon dollar olub.

Qeyd edək ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Rüb ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 56,2 milyon kubmetr olub.

Bütün xəbərlər