Neft bahalaşır, Brent barrel başına $111,23 təşkil edir

09:25 - 6.05.2022


6 may, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri cümə günü ticarətdə artır.

Saat 09:13-də London ICE Futures birjasında keçirilən ticarətdə Brent-in iyul fyuçersləri $0,33 (0,30%) - barrel başına $111,23-ə qədər bahalaşıb. Mayın 5 - də keçirilən ticarətin nəticələrinə görə, Brent neftinin iyul fyuçerslərinin qiyməti $0,76 (0,69%) – barrel başına $110,90-a qədər artıb.

Saat 09: 13-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin iyun fyuçersləri $0,32 (0,30%) - barrel başına $108,58-ə qədər artıb. Mayın 5 - də keçirilən ticarətin nəticələrinə görə, iyun ayı üçün WTI-nin fyuçers qiyməti $0,45 (0,42%) – barrel başına $108,26-dək artıb.


Bütün xəbərlər