Bakıda dələduzluq edən iş adamı həbs edildi

10:12 - 6.05.2022


6 may, Fineko/abc.az. Azərbaycanda eyni mənzili ayrı-ayrı şəxslərə satan mənzil tikinti kooperativinin sədri həbs edilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, “Star-M” Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar cinayət işi başlanılıb.

İstintaqla həmin MTK-nın təsisçisi və sədri, eyni zamanda “ŞANS” MTK-nın faktiki rəhbəri olmuş Məhərrəm Məhərrəmovun 2018-2021-ci illər ərzində rəhbərlik etdiyi kooperativlər tərəfindən inşa olunmuş yaşayış binalarında mövcud 17 mənzilin saxta müqavilə və maliyyə arayışlarının tərtib edilməsi yolu ilə 36 nəfər şəxsə, eləcə də satılması qanunvericiliklə qadağan edilən 7 qeyri-yaşayış sahəsinin mənzil qismində eyni üsulla 14 nəfər şəxsə satılmasına nail olaraq ümumilikdə vətəndaşlara məxsus 3 milyon 166 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Məhərrəm Məhərrəmov barədə həbs qətimkan tədbiri seçilib.

Bütün xəbərlər