Bu Universitet işçilər axtarır - Müsabiqə elan olunub

10:19 - 6.05.2022


6 may, Fineko/abc.az. Təhsil Nazirliyi Bakı Slavyan Universitetinə kafedra müdiri, dosent və baş müəllim vəzifələrini tutmaq üçün müsabiqə elan edib.

ABC.AZ-ın məlumatına görə, hazırda sözügedən ali təhsil ocağında 9 kafedraya müdir axtarılır.

Bunlar, Slavyan filologiyası, Azərbaycan tarixi və ictimai elmlər, Xarici dillər, Türkologiya, Rus dili və onun tədrisi metodikası, Riyaziyyat və informatika, Pedaqogika və psixologiya, Azərbaycan ədəbiyyatı, Müasir Azərbaycan dili kafedralarıdır.

Kafedralar üzrə dosent vəzifəsi üçün 9, baş müəllim vəzifəsi üçün isə 24 mütəxəssisə ehtiyac duyulur.

 

Bütün xəbərlər